“Cavab oyununda daha diqqətli olacağıq”

Uefa Konfrans Liqasının ¼ final mərhələsinin ilk matçında “Fənərbağça”nı 3-2 hesabı ilə məğlub edən “Olimpiakos”un baş məşqçisi Jose Luis Mendilibar oyundan sonra mətbuat konfransında fikirlərini bildirib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 63 yaşlı mütəxəsis jurnalistlərin suallarını belə cavablandırıb.

“3-0 hesabı ilə qazansaydıq belə, ikinci görüş yaxşı keçməyə bilərdi.Revanş oyununa çox da inamlı çıxmayacağıq.Kiçik üstünlüyümüz var, cavab görüşündə daha diqqətli olmalıyıq.İlk oyunda hesab nə olursa olsun turu keçmədiyimizi bilməliyik.Sadəcə qalib gəldiyimiz üçün biraz sevinçliyik".

Qeyd edək ki, “Fənərbağça”-“Olimpiakos” cütünün cavab oyunu aprelin 18-də Türkiyədə keçiriləcək.