Cəlilabadda cüdo zalının açılışı olub
Cəlilabadda cüdo zalının açılış mərasimi keçirilib.
Sportline.az xəbər verir ki, bundan sonra Cəlilabad Olimpiya İdman Kompleksinin nəzdində cüdo zalı fəaliyyət göstərəcək.
Açılışda Azərbaycan Cüdo Federasiyası (ACF) prezidentinin müşaviri Natiq Bağırov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Cüdo zalı ACF tərəfindən müasir standartlara cavab verən zəruri avadanlıqlarla təchiz olunub.