"Cenoa" klubu baş məşqçi ilə müqaviləni yeniləyib

İtaliya klublarında "Cenoa" baş məşqçi Alberto Gilardino ilə yeni müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gilardinonun yeni müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gilardino 2022-ci ilin dekabr ayından "Cenoa"nın "sükanı arxasındadır".