Ceyms Makate “Mançester Siti”dən ayrıla bilər
“Mançester Siti”nin ingiltərəli gənc futbolçusu Ceyms Makete yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sun Sport” nəşrinə istinadən xəbər verir ki, “Vest Hem Yunayted” klubunun rəhbərliyi Ceyms Makate üçün “Mançester Siti”yə 15 milyon avro ödəməyə hazırdır.
Ceyms Makatenin “Mançester Siti” klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.
Qeyd edək ki, C.Makate “Vest Hem Yunayted”də çıxış etməyə müsbət yanaşır.
Tərəflər arasında danışıqlar davam edir.
22 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 1 qolla yadda qalıb.