"Çelsi" almaniyalı ulduzun transferindən imtina edib

"Çelsi" "Borussiya Dortmund"un almaniyalı futbolçusu Kərim Adeyiminin transferindən imtina edib.

Sportline.az insayder Ben Yakopsun məlumatına istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Adeyimini transfer etməyəcələrini açıqlayıb. 

Adeyimi ən azı mövsümün sonuna qədər "Borussiya Dortmund"da çıxış edəcək.

Qeyd edək ki, 22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.