"Çelsi" "Barselona"nın futbolçusuna elçi düşüb
"Barselona"nın müdafiəçisi Arauxo karyerasını İngiltərədə davam etdirə bilər.
Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu "Çelsi"nin maraq dairəsindədir.
Bu haqda nüfuzlu "Mundo Deportivo" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə londonlular uruqvaylı futbolçu ilə ilkin danışıq aparıblar.
"Zadəganlar" Arauxonu 39 yşlı Tyaqo Silvanın əvəzinə heyətə qatmaq niyyətindədirlər.
Transfermarkt portalında Arauxonun dəyəri 70 milyon avrodur.