“Çelsi” brazilyalı ulduzla maraqlanır

"Real Madrid"in brazilyalı ulduz futbolçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az "GOAL Brasil" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" Rodriqonu heyətinə cəlb etmək istəyir.

24 yaşlı sağ cinah vigerinin "Real Madrid"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Rodriqo cari mövsüm çıxış etdiyi 50 matçda 13 qol 10 məhsuldar ötürmə müəllifi olub.