"Çelsi" bu transferdə israrlıdır
"Qalatasaray"ın forvardı Viktor Osimhen İngiltərə nəhəngi "Çelsi"nin radarındadır.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.
27 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 33 matçda 22 qol, 8 asistlə yadda qalıb.
Qeyd edək ki, V.Osimhenin transfer qiyməti 120 milyon avrodur.
London klubunun rəhbərliyi bu həftə danışıqlara başlayacaq.