"Çelsi" hücumçu üçün transfer rekordu qırmaq istəyir

İngiltərənin "Çelsi" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Erlinq Hollanı transfer etməyə hazırlaşır.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı norveçli hücumçu yay transfer dönəmində London təmsilçisinin əsas hədəfi olacaq.

"Zadəganlar" gənc oyunçunu heyətinə qataraq transfer rekordunu da yeniləməyə hazırdır. Hazırda klub tarixinin ən bahalı transferləri 80 milyon avroya başa gələn Kay Haverts və Kepa Arrisabalaqadır.

Qeyd edək ki, Erlinq Holann 2019-cu ilin dekabrında Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.