“Çelsi” klubu Gyökereşin transferində öndədir

“Sportinq”in isveçli futbolçusu Viktor Gyökereşin mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” klubu Gyökereş transferində ən real namizəd kimi görülür. Belə ki “Çelsi” klubunun rəhbərliyi Viktor Gyökereş üçün “Sportinq” klubuna 90 milyon avro ödəməyə hazırdır.

“Çelsi” klubu isveçli futbolçunun başqa kluba transfer olmasını istəmir. Bunun üçündə “Sportinq” klubunun bütün təklifini qəbul edəcək.

26 yaşlı futbolçunun “Sportinq”lə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Gyökereşlə maraqlanan klubların siyahısında “Arsenal”, “Mançester Yunayted”, “Barselona” və Paris Sen-Jermen” kimi klublar yer alıb.

Viktor Gyökereş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 18 matçda 23 qol və 4 asistlə yadda qalıb.