“Çelsi” klubu “Liverpul”un qapıçısını transfer etmək istəyir
“Liverpul”un irlandiyalı qapıçısı Kaomhin Kelleherin yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Mirror” qəzetinə istinadən xəbər verir ki, “Çelsi” klubunun rəhbərliyi Kelleher üçün “Liverpul”a 40 milyon avro ödəməyə hazırdır.
“Liverpul” klubunun rəhbərliyi bu təklifə müsbət yanaşır.
Qeyd edək ki, Kelleherin “Liverpul”la müqaviləsi 2026-cı ilin iyun ayınadək nəzərdə tutulub.