“Çelsi” Nkunkunu satmağa hazırdır
“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunkunun yanvarda klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Tele Football” nəşrinə istinadən xəbər verir ki, “Çelsi” 26 yaşlı futbolçu üçün 52 milyon avro tələb etdiyi bildirilir. “Mançester Yunayted” Nkunkunu transfer etmək üçün “Çelsi” rəhbərliyi ilə danışıqlara başladığı qeyd olunur.
Nkunku “Çelsi”da qalmaq istəmir. “Mançester Yunayted”in təklifinə müsbət yanaşır.
Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 10 qol və 1 asistlə yadda qalıb.