"Çelsi" qərarını açıqlayıb

"Çelsi" klubu, hücumçu Olivye Jiru və qapıçı Villi Kabalyero ilə yeni müqavilə imzalayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, hər iki oyunçu ilə bu yay başa çatacaq müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, 33 yaşlı Jiru 2018-ci ildə "Arsenal"dan "Çelsi"yə transfer olunub. O, indiyə kimi 76 matçda 21 qol vurub. 38 yaşlı Kabalyero isə 2017-ci ildə "Mançester Siti"dən London təmsilçisinə keçib.