"Çelsi"dən 100 milyon avroluq transfer

"Çelsi" Morqan Rocersi heyətinə qatmaq üçün hərəkətə keçib.

Sportline.az xəbər verir ki, "Aston Villa" ingiltərəli oyunçunu 100 milyon avrodan yuxarı məbləğdə satmağa hazırdır.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Rocers cari mövsüm meydana çıxdığı 34 matçda 9 qol, 7 asistlə yadda qalıb.