"Çelsi"nin 1 nömrəli hədəfi
"Çelsi" yayda heyətinə ulduz hücumçu transfer etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, əsas hədəf Viktor Osimhendir.
Bu haqda jurnalist Qreymi Beyli məlumat yayıb.
Qeyd edək ki, Osimhen cari mövsüm meydana çıxdığı 33 matçda 22 qol, 6 asistlə yadda qalıb.