“Çelsi”nin futbolçusu “Mançester Yunayted”in radarındadır

“Çelsi”nin fransalı futbolçusu Kristofer Nkunku yanvarda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Lequipe” qəzetinə istinadən xəbər verir ki, “Mançester Yunayted” rəhbərliyi yanvarda Nkunku üçün “Çelsi”yə 50 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Nkunku “Mançester Yunayted”də çıxış etməyə müsbət yanaşdığı qeyd olunur.

Qeyd edək ki, Kristofer Nkunku bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 10 qol və 1 asistlə yadda qalıb.