Çempiondan yeni müqavilə

"Mançester Siti" futbolçusu Rodri ilə müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilə qədər yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Rodri  2019-cu ildən bu komandada oynayır. O, ötən mövsüm Premyer Liqada 33 matçda 7 qol vurub və 2 qolun ötürməsini verib.