Çempionlar Liqası: Həftənin ən yaxşısı
UEFA Çempionlar Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, bu ada İngiltərə "Liverpul"unda çıxış edən Dioqu Jota layiq görülüb.
24 yaşlı portuqaliyalı hücumçu İtaliyada "Atalanta"nı 5:0 hesabı ilə məğlub etdikləri görüşdə "het-trik" edib.