Çempionlar Liqası: Madriddə qalib müəyyənləşmədi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.
Sportline.az xəbər verir ki, bu raundun ilk oyunu İspaniyada "Real Madrid"lə İngiltərənin "Çelsi" komandası arasında baş tutub. "Alfredo Di Stefano" stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Görüşdə ilk qolu 14-cü dəqiqədə qonaqların heyətində Kristian Pulişiç vurub. 29-cu dəqiqədə isə Kərim Benzema hesabı bərabərləşdirib. Beləliklə, London klubu çətin Madrid səfərində sərfəli nəticə əldə edib.
Yarımfinal mərhələsinin digər matçında Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları üz-üzə gələcəklər. Həmin görüş aprelin 28-də olacaq.
Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1
Qollar: Kərim Benzema, 29 - Kristian Pulişiç, 14
Qeyd edək ki, cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.