Çempionlar Liqası: PSJ öz meydanında "Mançester Siti"yə uduzdu

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Sportline.az xəbər verir ki, "Mançester Siti" səfərdə ötən mövsümün finalçısı olan PSJ ilə qarşılaşıb. Oyun qonaqların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

Qeyd edək ki, yarımfinal mərhələsində cavab qarşılaşmaları 4-5 mayda oynanılacaq.


28 aprel

Çempionlar Liqası

Yarımfinalın ilk oyunları

23:00. PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) - 1:2
Qollar:
 Markinyos, 15 (1:0), De Brüyne, 64 (1:1), Mahrez, 71 (1:2)
Qırmızı vərəqə: İdrissa Qeye, 77 (PSJ)


27 aprel

"Real" (İspaniya) - "Çelsi" (İngiltərə) - 1:1