Çempionlar Liqası: "Qarabağ" 5 qolla növbəti mərhələdə
"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Lex"lə cavab oyununa çıxıb.
Sportline.az xəbər verir ki, ilk matçda 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi Polşa klubu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Görüş saat 20:00-da başlanıb və komandamız 5:1 hesabı ilə qalib gələrək mərhələ adlayıb.
Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə üz-üzə gələcək.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
Cavab oyunu
20:00. "Qarabağ" - "Lex" - 5:1
Qol: Velde, 1 (0:1), Kadi, 14 (1:1), Ozobiç, 42 (2:1), Medina, 56 (3:1), Kadi, 74 (4:1), Abbas Hüseynov, 77 (5:1)
Hakimlər: Endryu Medli, Daniel Kuk, Harri Leonard, Simon Huper
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 0:1