"Real" "Liverpul"a, "Siti" "Borussiya"ya qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi başlanıb.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki görüş olub.
"Real Madrid" "Liverpul"a 3:1 hesabı ilə qalib gəlib.
Gecənin digər matçında "Mançester Siti" Dortmund "Borussiya"sını qəbul edib. Meydan sahibləri 2:1 hesabı ilə qələbə qazanıblar.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də olacaq.
Çempionlar Liqası, 1/4 final
İlk oyunlar
23:00. "Real Madrid" - "Liverpul" (İngiltərə) 3:1
Qollar: Cunior Vinisius, 27, Marko Asensio, 36, Məhəmməd Salah, 51, Cunior Vinisius, 65
23:00. "Mançester Siti" - "Borussiya" (Almaniya) 2:1
Qol: Kevin de Bröyne, 19, Marko Roys, 84, Fil Foden, 90.