Çempionlar Liqası: Son 1/4 finalçılar müəyyənləşdi
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Sportline.az xəbər verir ki, son olaraq, 1/8 finalın son iki cavab matçından sonra Almaniyanın "Bavariya" və İngiltərənin "Çelsi" klubları növbəti raunda vəsiqə qazanıblar.
Münhen təmsilçisi evdə İtaliya "Latsio"suna, londonlular isə İspaniyanın "Atletiko" (Madrid) komandasına qalib gəlib.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
24:00. "Çelsi" (İngiltərə) - "Altetiko" Madrid (İspaniya) - 2:0
Qollar: Hakim Ziyeş, 34, Emerson, 90+4
İlk oyun - 1:0
Qırmızı vərəqə: Stefan Saviç, 82 ("Atletiko")
24:00. "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) - 2:1
Qollar: Robert Levandovski, 33 (penalti), Erik Şupo Motinq, 73 - Marko Parolo
İlk oyun - 4:1
Qeyd edək ki, daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala adlayıblar. Bu mərhələnin püşkü martın 19-da atılacaq.