Çempionlar Liqasında ən yaxşı adına namizədlər

UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur görüşlərindən sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az xəbər verir ki, siyahıda İngiltərə "Mançester Yunayted"indən Brunu Fernandeş, Almaniyanın "Borussiya" (Dortmund) komandasından Ceydon Sanço, Niderland "Ayaks"ından Duşan Tadiç və İtaliya "Atalanta"sından Robin Qosensin adı var. 

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermədə müəyyənləşəcək.