Çempionlar Liqasında ən yaxşı adına namizədlər

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Liverpul"un vingeri Luis Dias, "Mançester Siti"dən Kevin De Bruyne, "Real"dan Kərim Benzema və "Vilyarreal"dan Covani Lo Çelso həftənin ən yaxşısı olmağa namizəddir.

Qalibin adına UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək sorğu əsasında aydınlıq gətiriləcək.