Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu ada Niderland "Ayaks"ında çıxış edən Duşan Tadiç layiq görülüb.

32 yaşlı hücumçu evdə Danimarkanın "Midtüllan" komandasını 3:1 hesabı ilə məğlub etdikləri matçda iki məhsuldar ötürmə verib.