Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Sportline.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" komandasının qapıçısı Tibo Kurtua layiq görülüb.

30 yaşlı qolkiper İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 3:1 hesabı ilə qalib gəldikləri görüşdə 8 qurtarışla yadda qalıb.

Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.