Çempionlar Liqasında həftənin oyunçusu

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi N Qolo Kante layiq görülüb.

30 yaşlı fransalı oyunçunun İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə etdikləri matçda ötürmələrinin 86 faizi dəqiq alınıb.