Çempionlar Liqasında həftənin oyunçusu kim oldu?

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qrup mərhələsinin birinci turunun oyunlarından sonra "Bavariya"nın futbolçusu Kinqsli Koman bu ada layiq görülüb.

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçi Münhendə "Atletiko" ilə keçirilən oyunda (4:0) dubl edib.