Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

Sportline.az xəbər verir ki, "11-liy"ə İngiltərənin "Liverpul" klubundan 5, "Mançester Siti"dən 2, İspaniya "Real Madrid"indən 3, "Vilyarreal"dan isə 1 futbolçu düşüb.

Qapıçı: Tibo Kurtua ("Real Madrid", İspaniya)

Müdafiəçilər: Trent Aleksander-Arnold, Vircil van Deyk (hər ikisi "Liverpul", İngiltərə), Kayl Uoker ("Mançester Siti", İngiltərə)

Yarımmüdafiəçilər: Fabinyo, Sadio Mane (hər ikisi "Liverpul"), Riyad Mahrez ("Mançester Siti"), Fransis Koklen ("Vilyarreal", İspaniya)

Hücumçular: Luis Dias ("Liverpul"), Kərim Benzema, Rodriqo (hər ikisi "Real Madrid)