Çempionlar Liqasında ilk

"Real”ın futbolçusu Rodriqo Qoes Çempionlar Liqasında ilkə imza atıb. 

Sportline.az “Opta”ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi buna turnirin yarımfinal mərhələsində "Mançester Siti" ilə cavab oyununda dubl etməklə nail olub.

O, 90 və 90+1-ci dəqiqələrdə fərqlənib. Nəticədə Rodriqo ÇL-in pley-off mərhələlərində 89-cu dəqiqədən sonra 2 qol vuran ilk oyunçu olub.