Çempionlar Liqasında "Liverpul" hegemonluğu

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarının ilk həftəsindən sonra rəmzi komanda məlum olub.
 
Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Leyptsiq”i 2:0 hesabıyla məğlub edən “Liverpul”dan 6 futbolçu yer alıb:
 
Qapıçı: Keylor Navas (PSJ);
 
Müdafiəçilər: Nataniel Fillips, Ozan Kabak, Aleksander-Arnold (hər üçün “Liverpul”);
 
Yarımmüdafiəçilər: Sadio Mane, Məhəmməd Salah, Fabinyo (hər üçü “Liverpul”), Serjiu Oliveyra (“Portu”), Federiko Kyeza (“Yuventus”);
 
Hücumçular: Erlinq Haland (“Borussiya”, Dortmund), Yusif En-Nesiri (“Sevilya”).