Çempionlar Liqasında yarımfinal mərhələsi başlanır
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi başlanır.
Sportline.az xəbər verir ki, ilk oyun İspaniyada olacaq.
Paytaxt Madriddə "Real" İngiltərənin "Çelsi" komandasını qəbul edəcək. "Alfredo Di Stefano" stadionunda keçiriləcək görüşdə ədaləti niderlandlı Denni Makkeli qoruyacaq.
Madridlilərin heyətində Serxio Ramos, Ferlan Mendi, Federiko Valverde və Lukas Vaskes zədə üzündən meydana çıxa bilməyəcək. Qonaqları isə, yalnız Mateo Kovaçiçin yoxluğu qayğılandırır. Oyun Bakı vaxtı ilə saat 23-də başlanacaq.
Qeyd edək ki, aprelin 28-də keçiriləcək digər yarımfinal görüşündə Pari Sen Jermenlə "Mançester Siti" üz-üzə gələcək.
Çempionlar Liqası, yarımfinal
İlk oyun
23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə)
Qeyd edək ki, cavab oyunları 4-5 mayda olacaq.