Çempionlar Liqasının finalı ABŞ-da
UEFA Çempionlar Liqasının final matçı ABŞ-da keçirilə bilər
Sportline.az "Demarkesports"a istinadla xəbər verir ki, bunu UEFA-nın prezidenti Aleksandır Çeferin jurnalistlərlə müsahibəsində deyib.
Onun sözlərinə görə Çempionlar Liqasının növbəti illərdəki final oyunu Amerika Birləşmiş Ştatlarında baş tuta bilər.
Qeyd edək ki, yarışın builki finalı İstanbulda, 2024-cü ildəki finalı Londonda, 2025-ci il finalı isə Münhendə olacaq.