"Çempionlar Liqasının kubokunu qazanmaq çətindir"
PSJ-nin hücumçusu Lionel Messi Çempionlar Liqası haqda danışıb.
Sportline.az TUDN-a istinadən xəbər verir ki, o deyib:
“Bu qeyri-adi ildir, çünki mövsümün ortasında dünya çempionatı olacaq. Lakin PSJ-nin əsas məqsədi Çempionlar Liqasında daha da irəli getməkdir. Çempionlar Liqasının kubokunu qazanmaq çətindir, çünki orada ən yaxşı komanda həmişə qalib gəlmir və hər şey xırda detallardan ibarətdir. Hər hansı bir səhv sizi turnirdən kənarlaşdırır. Amma biz bu çətin anlara hazırlaşırıq ki, fürsətlərdən istifadə edə bilək".