Çempionlar Turu: Finalçılar bəlli oldu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində digər finalçının da adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın digər finalçısı rusiyalı Yan Nepomnyaşi olub.
Yarımfinalın ilk görüşündə Karlseni məğlub edən 31 yaşlı qrossmeyster ikinci dueldə rəqibinə uduzduğundan qalibi müəyyənləşdirmək üçün tay-brek oynanılıb. Burada daha inamlı çıxış edən Nepomnyaşi qələbə qazanaraq, həlledici qarşılaşmaya vəsiqə qazanıb.
O, finalda Niderland təmsilçisi Aniş Giri ilə üz-üzə gələcək. Həlledici görüşlər martın 20-si və 21-də keçiriləcək.