Çempionlar Turu: Karlsen Aronyana, Uesli So Firuzcaya qalib gəldi
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində 1/4 finalın ilk görüşləri başa çatıb.
Sportline.az xəbər verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışın bu raundunun ilk günündə Karlsen Ermənistan təmsilçisi Levon Aronyana, ABŞ-dan olan Uesli So FIDE bayrağı altında mübarizə aparan Alireza Firuzcaya 2,5:0,5 hesabı ilə qalib gəlib.
Yan Nepomnyaşi (Rusiya) - Hikaru Nakamura (ABŞ) və Maksim Vaşye-Laqrav (Fransa) - Aniş Giri (Niderland) qarşılaşmaları isə heç-heçə yekunlaşıb - 2:2.
Qeyd edək ki, 1/4 finalın 2-ci görüşləri martın 17-də keçiriləcək.