Çempionlar Turu: Rəcəbov ikinci, Məmmədyarov sonuncu yeri tutub
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində 2-ci yeri tutub.
Sportline.az xəbər verir ki, Rəcəbov sonuncu turda fransalı Maksim Vaşye-Laqravı məğlubiyyətə uğradıb - 2,5:0,5. İlk partiyada heç-heçə qeydə alınsa da, sonrakı iki qarşılaşmada 34 yaşlı qrossmeyster qələbəyə nail olub. Bu səbəbdən, dördüncü duelə ehtiyac duyulmayıb.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə yarışı sonuncu - 10-cu yerdə tamamlayıb. 36 yaşlı şahmatçı son turda Ermənistan təmsilçisi Levon Aronyana eyni hesabla uduzub. Bu dəfə ilk 2 partiyadan Aronyan qələbə ilə ayrılıb. 3-cü görüşdə isə heç-heçə qeydə alınıb.
Qeyd edək ki, Çempionlar Turunun qalibi Maqnus Karlsen olub.