Çempionlar Turu: Rəcəbov və Məmmədyarov ABŞ-ın 3 şahmatçısına qarşı
Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı V mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ) və Yan-Kşiştof Duda (Polşa) ilə ağ, Alireza Firuzca (FIDE) və Rameşbabu Praqqnanandha (Hindistan) ilə qara fiqurlarla oynayacaq.
Şəhriyar Məmmədyarov isə Sergey Karyakin (Rusiya) və Lenyer Dominges (ABŞ) ilə ağ, Qaveyn Cons (Böyük Britaniya), Le Kuanq Lyem (Vyetnam) və Vidit Qucrati (Hindistan) ilə qara fiqurlarla qarşılaşacaq.
Çempionlar Turu, V mərhələ
"New In Chess"
25 aprel
VI tur
Qaveyn Cons (Böyük Britaniya) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)
VII tur
Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov
Şəhriyar Məmmədyarov - Sergey Karyakin (Rusiya)
VIII tur
Le Kuanq Lyem (Vyetnam) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Yan-Kşiştof Duda (Polşa)
IX tur
Rameşbabu Praqqnanandha (Hindistan) - Teymur Rəcəbov
Şəhriyar Məmmədyarov - Lenyer Dominges (ABŞ)
X tur
Vidit Qucrati (Hindistan) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Uesli So (ABŞ)
Qeyd edək ki, ilk oyun günündən sonra Rəcəbov 4 xalla 1-ci, Məmmədyarov 2,5 xalla 8-ci pillədə qərarlaşıb.