Çempionlar Turu: Rəcəbovdan qələbə, Məmmədyarov uduzub

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovla ABŞ təmsilçisi Hikaru Nakamura arasındakı görüş başa çatıb.

Sportline.az xəbər verir ki, qarşılaşma Məmmədyarovun 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Teymur Rəcəbov bu turda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Görüş Rəcəbovun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl 2 partiyada qalib gələn 34 yaşlı qrossmeyster 3-cü qarşılaşmada uduzsa da, sonuncu görüşdə rəqibini təslim olmağa məcbur edib.

Çempionlar Turu
Final mərhələsi
VI tur

Teymur Rəcəbov (AZƏRBAYCAN) - Uesli So (ABŞ) - 3:1

Hikaru Nakamura (ABŞ) - Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - 4:3

Levon Aronyan (Ermənistan) - Yan-Kşiştof Duda (Polşa) - 1,5:2,5

Aniş Giri (Niderland) - Maqnus Karlsen (Norveç) - 2,5:3,5

Vladislav Artemyev (Rusiya) - Maksim Vaşye-Laqrav (Fransa) - 3,5:2,5

Xal durumu: Maqnus Karlsen - 28,5 xal, Uesli So - 21,5 xal, Teymur Rəcəbov - 18 xal, Levon Aronyan - 15 xal, Hikaru Nakamura - 14 xal, Vladislav Artemyev - 13,5 xal, Maksim Vaşye-Laqrav - 12,5 xal, Aniş Giri - 11,5 xal, Yan-Kşiştof Duda - 8 xal, Şəhriyar Məmmədyarov - 6,5 xal.

Qeyd edək ki, oktyabrın 2-də oynanılacaq VII turda Məmmədyarov Giri ilə, Rəcəbov isə Karlsenlə qarşılaşacaq.