Çempionlar Turu: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov məğlub olub

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda final mərhələsi start götürüb.

Sportline.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov ilk turda Uesli So (ABŞ) ilə üz-üzə gəlib. 36 yaşlı qrossmeysterimiz dörd rapid qarşılaşmasının yekununda rəqibinə 1:3 hesabı ilə uduzub.

Teymur Rəcəbov isə rusiyalı Vladislav Artemyevlə qarşılaşıb. Dörd görüşdə bərabərlik qeydə alındığından tərəflər arasında iki blits partiyası (tay-breyk) oynanılıb. 34 yaşlı qrossmeysterimiz burada rəqibinə məğlub olub - 0,5:1,5.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən turnirə oktyabrın 4-də yekun vurulacaq. Mükafat fondu 300 000 ABŞ dollarıdır. Qalib 100 000 qazanacaq.

Çempionlar Turu

25 sentyabr

I tur

Teymur Rəcəbov - Vladislav Artemyev (Rusiya) 2,5:3,5  (Rapid - 0,5:0,5, 0,5:0,5, 0,5:0,5, 0,5:0,5, blits - 0:1, 0,5:0,5)

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov 3:1 (0,5:0,5, 1:0, 0,5:0,5, 1:0)

Maqnus Karlsen (Norveç) - Yan-Kşiştof Duda (Polşa) 2,5:0,5

Levon Aronyan (Ermənistan) - Maksim Vaşye-Laqrav (Fransa)  3:4

Aniş Giri (Niderland) - Hikaru Nakamura (ABŞ)  3,5:2,5