Çempionlar Turu: Teymur Rəcəbov Aniş Giriyə qarşı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün 1/4 final mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov da ilk görüşlərini keçirəcək. 34 yaşlı qrossmeyster niderlandlı Aniş Giri ilə qarşılaşacaq. Rəcəbov duelə qara fiqurlarla başlayacaq.

Oyunlar 26 - 27 mayda keçiriləcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

1/4 finalda qarşılaşacaqlar

Fabiano Karuana (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
Aniş Giri (Niderland) - Teymur Rəcəbov (Azərbaycan)
Hikaru Nakamura (ABŞ) - Maqnus Karlsen (Norveç)
Maksim Vaşye-Laqrav (Fransa) - Uesli So (ABŞ)

Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.

28 - 29 mayda yarımfinal, 30 - 31 mayda final qarşılaşmaları gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.