Argentina qalib gəldi, Çili darmadağınla sevindi

"Kopa Amerika"da 1/4 final mərhələsi yekunlaşıb. SportLine.az xəbər verir ki, mərhələnin son oyun günündə iki qarşılaşma keçirilib. 

Yarışın favoritlərindən Argentina Venesuela ilə qarşılaşıb. Messi və komanda yoldaşları azarkeşlərin etimadını doğruldublar. 

Digər oyunda isə Çili Meksikanın qapısından 7 cavabsız top keçirib. 

19 iyun 2016
"Kopa Amerika", 1/2 final


Argentina - Venesuela - 4:1
QOLLAR:
İquain, 8 (1:0); İquain, 28 (2:0); Messi, 60 (3:0); Rondon, 70 (3:1); Lamela, 71 (4:1)

Meksika - Çili - 0:7
QOLLAR:
Edson Puç, 16 (0:1); Varqas, 44 (0:2); Sançez, 49 (0:3); Varqas, 52 (0:4); Varqas, 57 (0:5); Varqas, 74 (0:6); Edson Puç, 87 (0:7)