Çilili futbolçu: "Neftçi"də oynamağım yaxşı təcrübə oldu"

"Azərbaycan variantını agentim təklif etdi və mən bu ölkəyə yollandım. Deyərdim ki, pis təcrübə olmadı".

Sportline.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin sabiq futbolçusu Xose Luis Kabion "encancha.cl" nəşrinə açıqlamasında Bakı klubunda çıxışı barədə danışarkən deyib.

2013-cü ildə "ağ-qaralar"ın formasını geyinən 37 yaşlı veteran müdafiəçi bildirib ki, həmin vaxt komanda yaxşı çıxış edirdi: "Neftçi"də oynamağım həm şəxsi, həm də ailə planında müsbət məqam oldu. Premyer Liqanın və ölkə kubokunu qazandıq".

Kabion komanda yoldaşları ilə tərcüməçi vasitəsilə ünsiyyət saxladığını söyləyib: "Klub mənə məşqləri başa düşmək üçün tərcüməçi vermişdi. Amma meydanda bir-birimizi işarə ilə başa salırdıq. Bu barədə heç bir problem yox idi. Futbolda dil universaldır".

Qeyd edək ki, Xose Luis Kabion "Neftçi"nin heyətində cəmi bir oyun keçirib.