ÇL: "Barselona" Almaniyaya belə yollanıb
Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna yekun vurulur.
Sportline.az xəbər verir ki, gecənin maraqlı oyunlarından biri “Siqnal İduna Park” stadionunda keçiriləcək.
“Borussiya Dortmund” “Barselona” ilə üz-üzə gələcək. “Barselona” nın düşərgəsində itkilər var. Zədə səbəbindən ili başa vuran qapıçı Mark Andre Ter Ştegen, həmçinin, Ansu Fati və Andres Kristensen baş məşqçi Hansi Flikin sərəncamında olmayacaq.
Nuri Şahinin başçılıq etdiyi “Borussiya Dortmund” komandası da bu görüşə itkilərlə çıxacaq. Kərim Adeyemi, Maksimilyan Beyer, Niklas Süle və Valdemar Anton matçın iştirak ərzisində yer almayıb.
Oyunun ədalət təmisilçisi fransalı hakim Fransua Leteks olacaq. Görüş Bakı vaxtı ilə gecə yarısı saat 12-də başlanacaq.