ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bunlar “Sportinq”dən Fransişku Trinçao, “Real”dan Vinisius Junior, “Barselona”dan Rafinya, “Liverpul”dan Dominik Soboslaidir.
Fransişku "Bodo-Qlimt"lə matçda 3 qol ötürməsi verib. Vinisius "Mançester Siti" ilə görüşdə dubl edib. Rafinya "Nyukas"la qarşılaşmada 2 qol vurub və 1 qol ötürməsi edib. Soboslai isə "Qalatasaray"la oyunda fərqlənib.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
