ÇL iştirakçılarının sayı artacaq?

UEFA Çempionlar Liqasının formatını 2024/2025 mövsümündən başlayaraq dəyişə bilər.

Sportline.az "The Telegraph"a istinadən xəbər verir ki, qrup mərhələsində iştirakçıların sayı 32-dən 36-ya qaldırıla bilər.

Bildirilib ki, bununla bağlı iki variant nəzərdən keçirilir. Birincisi, 36 komandanın altı qrupa paylanmasıdır. Hər klub qrupdakı rəqibləri ilə ev və səfərdə, ümumilikdə 10 matç keçirəcək.

İkinci variant isə hər klubun 10 fərqli rəqiblə 10 görüş keçirməsidir. Nəşr yazıb ki, ikinci variant daha çox dəstəyə sahibdir. Çünki bu, qrup mərhələsində ən yaxşı oyunların sayını artırmaq imkanı verəcək. Bu da Çempionlar Liqasını yayımçılar üçün daha cəlbedici edəcək.