"Çoxlu səhvlərə yol verdik, bu da yekun nəticəyə təsir etdi"
Karlo Ançelotti "Real Madrid"in "Barselona"ya məğlubiyyətini (3:4) şərh etdi.
Sportline.az xəbər verir ki, italyan mütəxəssis komandasının çoxlu səhvlər etdiyini və bunun nəticəyə təsir etdiyini qeyd edib:
"Çoxlu səhvlərə yol verdik, bu da yekun nəticəyə təsir etdi. Daha yaxşı və keyfiyyətli müdafiə olunmalıyıq, amma arxa xəttin 5 futbolçusunu itirdiyimizi unutmayın. Sona qədər mübarizə apardıq. Son dəqiqələrədək bərabər səviyyəli oyun getdi. Axırıncı 3 matçda qələbə qazanmağa çalışacağıq.
"Mbappe əla oynadı. Rodriqo ilə heç bir problem yoxdur, sadəcə bu matça 100 faiz hazır deyildi. Vinisiusun topuq nahiyəsində problemləri var".