ÇSKA braziliyalı futbolçu ilə müqaviləni uzadacaq
ÇSKA Moskva komandanın müdafəçisi Vilyan Roşa ilə müqavilə müddətini 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov məlumat yayıb.
Bildirilir ki, tərəflər son günlərdə yeni müqavilənin şərtləri ilə bağlı danışıqların yekun mərhələsinə gəliblər. Rəsmi müqavilənin gələn həftə imzalanacağı gözlənilir.
29 yaşlı Roşa 2022-ci ildən "qırmızı-göylər"in heyətində çıxış edir. O,ötən mövsüm paytaxt klubu ilə bütün turnirlər daxil olmaqla çıxdığı 36 oyunda 2 qol və 1 asistlə yadda qalıb. Cənubi amerikalının klubla hazırki müqaviləsi 2025-ci ilə qədərdir.