ÇSKA MLS klubunun oyunçusu ilə maraqlanır

Moskva ÇSKA-sı "Los-Anceles Qalaksi"də çıxış edən serbiyalı futbolçu Deyan Yoveliçlə maraqlanır.

Sportline.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Mənbənin xəbərinə görə ABŞ klubu 25 yaşlı futbolçu ilə yolları ayırmaq istəmir.

Bu mövsüm MLS-də 22 oyunda çıxan Yoveliç aktivinə 12 qol yazdırıb.

Qeyd edək ki, o, daha əvvəl "Ayntraxt", "Volfsburq", "Srvena Zvezda" və "Anderlext"də çıxış edib.